Maksim Medvedev: "İstədiyimiz nəticəni qazanacağımıza inanıram"

"Qarabağ"ın futbolçusu Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin II turunda İspaniyanın "Vilyarreal" klubuna qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, bu gün İstanbulda baş tutan mətbuat konfransından bunları söyləyib:

"Hər kəsi salamlayıram. Türkiyədə vacib matça çıxacağıq. "Vilyarreal" böyük komandadı və baxımlı oyun sərgiləyirlər. Çalışacağıq ki, Azərbaycanı yaxşı təmsil edək. Baş məşqçi ilə birlikdə rəqibin oyununu analiz etmişik. İnanıram ki, sabah yaxşı oyun olacaq və istədiyimiz nəticəni qazana biləcəyik".

"Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim" stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right