"Qarabağ"ın oyununda çexiyalı hakimlər

Avropa Liqasının qrup mərhələsinin II turunda keçiriləcək "Qarabağ" - "Vilyarreal" oyununun hakimləri müəyyənləşib.

ewsport.az-ın məlumatına görəmatçın baş hakimi Çexiya Futbol Federasiyasından Pavel Orel olacaq. Ona yan xətlərdə Petr Blazej və Jiri Kriz köməklik edəcək. Dördüncü hakim funksiyasını Andrey Peçanets yerinə yetirəcək.

Hakim-inspektor gürcüstanlı Levan Paniaşvili, UEFA nümayəndəsi isə Ukraynadan Anna Bordiugovadı.

"Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right