"Qarabağ”la matç qələbəmizlə başa çatdığına görə çox sevnirəm" "Makkabi"nin futbolçusu

"Makkabi"nin (Təl-Əviv) futbolçusu Dan Qlazer UEFA Avropa Liqasının qrup mərhələsinin 1-ci turuda “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri matç haqqında danışıb.

Newsport.az-ın məlumatına görə, koronavirusdan yeni sağalmış 24 yaşlı yarımmüdafiəçi bu sözləri deyib:

“Uzun müddətdir oynamadığım üçün darıxırdım. Hazırda özümü əla hiss edirəm. Həm də komanda ilə çıxış etmək, məşq keçirmək əyləncəlidir. “Qarabağ”la matç qələbəmizlə başa çatdığına görə çox sevnirəm. Çempionlar Liqasında komanda ilə birlikdə ola bimədiyim üçün məyus idim. Amma bu gecə meydanlara qayıtdım və komandam qələbə qazandı. Qrup mərhələsinin püşkünü gördüyümüz andan bəri hədəfimiz növbəti mərhələyə adlamaqdır. Ümid edirəm ki, bundan sonra da qalib gələcəyik”.

Qeyd edək ki, turnir cədvəinə 3 xalla “Vilyarreal” başçılıq edir. Eyni xalı olan “Makkabi” 2-cidir. Aktivində xalı olmayan “Qarabağ” və “Sivasspor” isə müvafiq olaraq 3 və 4-cü yerlərdə qərarlaşırlar.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah