"Mümkün qədər irəli getmək istəyirik" - İsrailli futbolçu

"Koronavirus bizə həlledici anda təsir etdi. Amma sabahkı oyun üçün bir sıra oyunçumuz qayıdacaq və əlimizdən gələni edəcəyik".

Newsport.az-ın məlumatına görə, bu sözləri İsrailin "Makkabi" klubunun futbolçusu Dor Perets Avropa Liqasının qrup mərhələsinin birinci turunda Təl-Əvivdə "Qarabağ"la oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

İsrailli azarkeşsiz oynamağın çətin olduğunu bildirib: "Xüsusən də Avropa Liqasında azarkeşlərin olması vacibdir. Amma vəziyyət belədir. Avrokuboklarda yolumuza davam etmək üçün meydanda əlimizdən gələni edəcəyik. Mümkün qədər irəli getmək istəyirik".

Koronavirusdan sağalan 25 yaşlı yarımmüdafiəçi özüü əla hiss etdiyini vurğulayıb: "Ən yaxşı formaya qayıtmaq üçün əlimizdən gələni etdik. Rəsmi oyuna çıxmamışıq, bütün oyunçular koronavirusa yoluxmuşdu. Amma bu bəhanə deyil. Matç tamam başqadır. Çünki oyunun dinamikası məşqlərdən fərqlidir. Amma əvvəl dediyim kimi sabah heç bir bəhanə qəbul olunmayacaq. Hamımız özümüzü yaxşı hiss edirik və oynamağa hazırıq".

Qeyd edək ki, sabah "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right