"Makkabi" - "Qarabağ": hakimlər açıqlandı

Avropa Liqasının qrup mərhələsinin ilk turunda baş tutacaq "Makkabi" (Tel-Əviv, İsrail) - "Qarabağ" oyununa təyinatlar açıqlanıb.

Newsport.az-ın məlumatına görə, UEFA bu görüşü Şotlandiyadan olan hakimlər briqadasına həvalə edib.

Qarşılaşmanın baş hakimi Con Biton olacaq. Ona yan xətlərdə Frensis Konnor və Daniel Makfarlan kömək edəcək. Dördüncü hakim funksiyasını Euan Anderson yerinə yetirəcək.

Hakimlərin işinə serb Milan Karaciç qiymət verəcək. UEFA nümayəndəsi isə rusiyalı İvan Tsitoviç olacaq.

Oktyabrın 22-də Tel-Əvivdəki "Blumfild" stadionunda keçiriləcək bu oyuna Bakı vaxtı ilə 23:00-da start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right