"Makkabi"nin hücumçusu: "Bütün komandaların şansları bərabərdir"

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Makkabi” (Tel-Əviv) tam heyətlə məşqləri davam etdirir. 

 

Newsport.az-ın məlumatına görə, bu barədə İsrail təmsilçisinin futbolçusu İtay Şexter ONE nəşrinə açıqlamasında məlumat verib. 

 

"Zalsburq”la oyunda bir çox futbolçumuz koronavirusa görə yox idi. Bəlkə də, hər iki oyunda tam heyətlə olsaydıq, nəticə fərqli ola bilərdi. Artıq hər kəs sağalıb və tam heyətlə məşqlərə başlamışıq" deyən Şexter qrupda komandaların şanslarını da dəyərləndirib:

"Avropa Liqasında bütün komandaların şansları bərabərdir. Ümid edirəm ki, matçlarda yaxşı performans göstərib, qələbə qazanan tərəf biz olacağıq”.

Qeyd edək ki, "Makkabi” Avropa Liqasının İ qrupunda "Sivasspor” (Türkiyə), "Vilyarreal” (İspaniya) və "Qarabağ”la mübarizə aparacaq. İsrail klubu ilk matçını oktyabrın 22-də, evdə "Qarabağ”a qarşı keçirəcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right