Əliyar Ağayev Millətlər Liqası oyununda

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev beynəlxalq təyinat alıb.

Newsport.az-ın məlumatına görə, Millətlər Liqasında Bolqarıstan - Uels matçını idarə edəcək. Ağayevə yan xətlərdə Akif Əmirəli və Zeynal Zeynalov kömək edəcək. Rəhim Həsənov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Albaniyalı Sokol Yareçi hakim-inspektor, litvalı Vladimir Buzmakov isə UEFA nümayəndəsi olacaq.

14 oktyabr B Liqasının IV qrupunda Sofiyadakı Vasil Levski adına Milli Stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:45-də başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right