"Fikrimiz ordumuzun yanında idi" - Qara Qarayev

"Qarabağ" Polşanın "Legiya" klubunu Varşavada 3:0 hesablı məğlub edərək Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

Newsport.az-ın məlumatına görə, oyundan sonra komanda üzvləri əsgər salamı ilə qələbəni qeyd edəərk ordumuza dəstək nümayiş etdiriblər.

Komandanın vitse-kapitanı Qara Qarayev zəfəri şərh edib:

"Cəbhədə baş verənlərdən biganə qala bilmirdik. Hər an fikrimiz, düşüncəmiz orada idi. Bu oyuna hazırlaşmaq asan deyildi. Bizim üçün əsas olan əsgərlərimizin döyüşü idi. Ölkəmizdəki müharibə şəraiti bizim üçün ən vacibdir. Belə dönəmdə xalqımıza, ordumuza sevinc yaşatmaq üçün hazırlaşırdıq. Əlimizdən gələni etdik. Şükürlər olsun, buna nail olduq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right