"Qarabağ" Azərbaycan futbolunu yenə "ayaqda tutdu"

Avropa Liqasının pley-off mərhələsinin oyunlarından sonra UEFA-nın əmsallar cədvəli yenilənib.

Newsport.az-ın məlumatına görə, "Qarabağ" Polşada "Legiya" üzərində 3:0 hesablı qələbə sayəsində Azərbaycanın aktivinə daha 0,375 xal yazdırıb.

Bununla da ölkəmiz ümumi xal sayını 16,625-ə yüksəldərək, Qazaxıstanı 1,000 xal üstələyib.

Lakin 26-cı pillədən irəli getmək mümkün olmayıb. Səbəb 25-ci pillədəki Rumıniyanın aktivinə ÇFR qrupa yüksəldiyi üçün 0,375 xalın gəlməsidir. Hazırda bu ölkənin 17,200 xalı var.

Reytinq siyahısında irəliləyişə isə Macarıstan nail olub. "Ferentsvaroş"un uğuru sayəsində xalını 15,250-yə çatdıran "qırmızı-yaşıllar" 28-ci yerdə gedir. 15,250 xalı olan Belarus 29-cu pillədə qalıb.

30-cu yerdə gedən Polşa Avropa Liqasının qrup mərhələsində yalnız "Lex" ilə təmsil olunacaq. Hazırda 30-cu pillədə yer alan ölkənin bütün təmsilçilərini itirən Belarusu tezliklə keçəcəyi istisna deyil.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right