Polşadakı azərbaycanlılar "Qarabağ" üçün toplaşdılar

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" Varşavada "Legiya" ilə qarşılaşacaq.

 

Newsport.az-ın məlumatına görə, Polşada yaşayan azərbaycanlılar bu oyun üçün səfərbər olublar. Ağdam klubu hoteldən stadiona yollanarkən həmyerlilərimiz futbolçuların yanında olacaq, ruhlandıracaq və Azərbaycan-Türkiyə bayraqları dalğalandıracaqlar.

 

Oyun azarkeşsiz keçiriləcəyi üçün azarkeşlər stadiona girə bilməyəcəklər. UEFA-nın qərarına əsasən, stadionun ətrafına da kənar şəxslər buraxılmayacaq. Bu səbəbdən həmyerlilərimiz matçı Varşavadakı Azərbaycan evindən izləyəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right