Əliyar Ağayevdən 1 qırmızı, 5 sarı vərəqə

FIFA referisi Əliyar Ağayev Avropa Liqasının 3-cü təsnifat mərhələsinin “Styaua” (Rumıniya) - “Slovan” (Çexiya, Liberets) oyununu idarə edib.
 

Newsport.az-ın məlumatına görə, qarşılaşma Liberets klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Ağayev oyunun 20-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Stefan Kananı birbaşa qırmızı vərəqə ilə meydandan qovub. O, “Styaua”dan 2, “Slovan”dan 3 futbolçuya sarı vərəqə göstərib.
 
Əliyar Ağayevə bu qarşılaşmada  Zeynal Zeynalov və Akif Əmirəli köməklik edib. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.

 

 
 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah