"Ötən il uduzduğumuz "Reyncers" "Qarabağ"dan güclü idi" - "Legiya"nın baş məşqçisi

"Legiya"nın baş məşqçisi Aleksandar Vukoviç Avropa Liqasının pley-off mərhələsinin püşkünü dəyərləndirib.

Newsport.az-ın məlumatına görə, 41 yaşlı III təsnifat mərhələsində Kosovonun "Drita" klubu ilə oyunu düşündüklərini deyib:

"Ümid edirəm ki, "Drita" ilə matçdan sonra "Qarabağ"ın necə komanda olduğunu daha ətraflı müzakirə edəcəyik. Onlar iki il əvvəl Çempionlar Liqasının qrup mərhələsində oynayıblar. Həmin vaxt keçirdikləri oyunları xatırlayıram. Amma ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində uduzduğumuz Şotlandiyanın "Reyncers" klubu daha güclü idi".

"Qarabağ" Avropa Liqasının pley-offunda "Legiya" - "Drita" cütünün qalibi ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right