“Sumqayıt”ı yaxşı təhlil etmişdik” - “Şkendiya”nın baş məşqçisi

Şimali Makedoniyanın “Şkendiya” klubunun baş məşqçisi Ernest Qyoka Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, o, 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

Bundan əvvəlki konfransda dediyim kimi, rəqibi yaxşı təhlil etmişdik. Komanda oyunu oynayaraq qələbə qazandıq və növbəti mərhələyə keçdik.

“Sumqayıt”ı ümid etdiyiniz kimi gördünüz?

Fikrimcə, əsas heyət çox dəyişməmişdi. Əsas məqamları və rəqibin hücumunu yaxşı təhlil etmişdik. Nəticə də rəqibi yaxşı təhlil etdiyimizi göstərir.

“Sumqayıt”ın heyətində öz komandanızda görmək istədiyiniz, xüsusilə fərqləndirdiyiniz oyunçu varmı?

“Sumqayıt” yaxşı komandadır, yaxşı futbolçuları var. 10 və 18 nömrəli futbolçuları fərqləndirərdim. Rəqibdə çatışmayan Avroliqa təcrübəsidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right