Avropa Liqasında yeni mövsümün ilk püşkü atıldı

Bu gün Avropa Liqasında 2020/21 mövsümünün ilk püşkatması keçirilib.
 

Newsport.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil edilən tədbirdə ilkin mərhələnin cütləri müəyyənləşib. Aşağı reytinqli ölkələrin 16 komandası 8 cüt təşkil edib.

Qeyd edək ki, klublarımız “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın mübarizəyə qoşulacağı 1-ci təsnifat mərhələsinin püşkü sabah atılacaq.
 

Avropa Liqası

2020/21 mövsümünün ilkin mərhələsi
 
“Tre Penne” (San-Marino) - “Qjilani” (Kosovo)
“Linkoln” (Cəbəllütariq) - “Priştina” (Kosovo)
“Santa Koloma” (Andorra) - “İskra” (Monteneqro)
“Enqordan” (Andorra) - “Zeta” (Monteneqro)
“Qlentoran” (Şimali İrlandiya) – “Torshavn” (Farer adaları)
“Cent Cozefs” (Cəbəllütariq) - B-36 (Farer adaları)
“Kolreyn” (Şimali İrlandiya) - “La Fiorita” (San-Marino)
“Runavik” (Farer adaları) - “Barri Taun” (Uels)

Bir oyundan ibarət ilkin mərhələnin matçları avqustun 20-də keçiriləcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah