Virus Avroliqanı da "vurdu" Bu oyuna azarkeş buraxılmayacaq

Avropa Liqasının 1/16 final mərhələsinin “İnter” – “Ludoqorets” cavab matçı azarkeşsiz oynanılacaq.
 

Newsport.az-ın məlumatına görə, bu barədə "İnter"in rəsmi saytı məlumat yayıb. Buna səbəb isə koronavirus epidemiyasıdır. 

Qeyd edək ki, ilk görüşü “İnter”in 2:0 hesablı qələbəsi ilə başa çatan komandaların cavab matçı fevralın 27-də Milandakı “Cüzeppe Meatsa” stadionunda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right