"Əvvəlki illərlə müqayisədə builki qrup daha münasib idi" - Maksim Medvedev

"Sevilya"nın bizim üçün yaxşı rəqib olduğunu bilirdik. Matçda da rəqibin bizdən daha yaxşı futbol nümayiş etdirdiyini gördük. Bu da komandalar arasında böyük fərq olduğunun göstəricisidir".

Newsport.az İspaniyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu "Qarabağ"ın futbolçusu Maksim Medvedev UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Sevilya"ya 0:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.

Kapitanın sözlərinə görə, bəzi məqamlarda çatdırmayıblar: "Belə sürətli futbola qarşı eynisini təklif edə bilmirik. Həmişə rəqibin arxasınca düşməyə məcbur oluruq".

32 yaşlı müdafiəçi qol buraxdıqdan sonra risk aldıqlarını vurğulayıb: "Oyuna çıxanda bizi heç-heçə də qane edirdi. Ona görə də birinci hissədə və ikinci yarının əvvəlində irəli tam qüvvə ilə getməməyə, diqqətimizi müdafiəyə yönəltməyə çalışırdıq. Ancaq 90 dəqiqə müdafiə olunmaq da aradabir alınmır. Rəqib təzyiq edir və belə problemlər yaşanır. Bəzi epizodlarda qapımızı xilas edə bilirdik. Müdafiəçimizdən səkən top qapımızdan keçdi. Bundan sonra itirəcəyimiz bir şey qalmamışdı. Məcbur olub sistemi dəyişdik, keçdik 4 müdafiəçiyə. Artıq futbolçularımız da yorğun idi. Hücum futbolu nümayiş etdirməyimiz üçün əvəzetmələr oldu. Bundan sonra açıq futbol getdi. Belə olan halda da hamı rəqib oyunçularla təkbətək qalırdı. Ona görə də futbolçularımızın bəzilərinin ayaqlarında qıcolmalar olurdu".

Medvedev sol cinahda yer alan Abdullah Zubir və Ailton Silvanın çıxışını dəyərləndirib: "Zubir fərdi olaraq çox güclü futbolçudur. Bu gün də ən yaxşısını etməyə çalışdırdı. Hamı xaricdə oynamaq istəyir, bütün menecerlər belə oyunları izləyirlər. Təəssüf ki, Zubir də bizim kimi müdafiə olunurdu. Nəsə göstərmələrinə imkan yox idi. O, futbolçuları təkbətəkdə keçməyə öyrəşib. Amma bu gün buna imkan vermirdilər. Ona görə də bir az fərqli görünürdü. Ailtona gəlincə, onun 25 yaşı var. Daha yaxşı komandaya keçmək üçün özünü göstərmək istəyir. Potensialı var. Ona görə də bu gün çox mübarizə aparırdı".

Təcrübəli futbolçu "Qarabağ"ın qrupda qalmasına da toxunub: "Əvvəlki illərlə müqayisədə builki qrup daha münasib idi. APEOL-i Çempionlar Liqasının III təsnifat mərhələsində səfərdə 2:1 udduq, evdə isə 0:2 uduzduq. Bizim üçün çox maraqlı komanda oldu. Bir-birimizi narahat edirdik. Kipr təmsilçisi indi "Düdelanj"ı 2:0 udub. Ona görə də bizim şansımız qalmayıb. Qrupdan ikinci yerlə çıxmaq istərdik. Ən lazımı məqamda oyunçularımız zədələnir. Diqqət yetirməliyik ki, inanıb aldıqlarımız bizə böyük oyunlarda kömək etsinlər".

Hacı Mərdan/Seviliya





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right