“Bunları etsək, düşündüklərimizə nail ola bilərik” – Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Sevilya” ilə qarşılaşacaqları oyundan əvvəl mətbuat konfransı keçirilib.

Newsport.az-ın Seviliyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Qurbanov oyunla bağlı bunları deyib.

- Yaxşı komandaya qarşı mübarizə aparacağıq. Hansı ki, növbəti mərhələni təmin edib. Bizim üçün çox vacib oyundur xal baxımından. Bizim üçün hər oyun vacib olub. Çalışmışıq ki, çatışmayan cəhətlərimizi düzəldək, yaxşı oyun sərgiləyək. Yaxşı komandaya qarşı oynayacağıq. 90 dəqiqə meydanda bacarıqlı olmağa, sona qədər mübarizə aparmağa çalışacağıq.

- Maksim Medvedevin durumu nə yerdədir?

Maksimin durumu heç də pis deyil, oynamaq ehtimalı çoxdur.

- 2 il əvvəl “Atletiko” səfərindən uğurlu nəticə qazanmışdız.

2 il “Atletiko” səfərindən xalla qayıtdıq. Ancaq komandalar fərqlidir. Çox istərdik ki, 90 dəqiqə meydanda yaxşı və intizamlı oyun göstərək.

- “Sevilya” növbəti mərhələyə çıxıb artıq. Bu, sizin üçün asan olacağı anlamına gəlirmi?

“Sevilya” nadir komandalardandır ki, belə şey haqda düşünmür. Hər oyun maksimum çalışır ki, qalib gəlsin, rəqibə pressinq etsin. Biz Bakıda bunun şahidi olduq. Düşündüklərim bu gün baş məşqçilərinin fikirləri ilə üst-üstə düşdü. Qarşılarına qoyduqları məqsədlərə çatsa da, yaxşı oynamağa çalışırlar. Rəqibdən də bunu gözləyirik.

- “Qarabağ” burdan sərfəli nəticə ilə qayıtmaq üçün necə oynamalıdır?

Hər zaman öz oyun üslubumuz var. Çalışırıq ki, bundan çıxmayaq və istənilən rəqibə qarşı göstərək. Bəzi rəqiblər fərqlidir və durum da başqa olur. Bu rəqibə qarşı boşluqları az verməliyik. Çünki yaradıcı və sürətli oyunçuları var. İstərdik ki, bizim üçün uğurlu nəticə qazanacaq. Əsas ola rəqibi düzgün dəyərləndirib, düzgün oynamaq lazımdır. Bunları etsək, düşündüklərimizə nail ola bilərik. Heyətdə bəzi dəyişikliklər ola bilər. Çalışırıq ki, intizamlı oynayaq.

- Bu gün sizi narahat edən nədir? 

Narahat edən heç nə yoxdur. Ancaq hər zaman narahat olduğum futbolçuların optimal formalarından uzaq olmasıdır. Bəzən zədəyə, bəzən də sıx qrafikə görə belə olub. Bu gün bu barədə düşünmürəm. Bütün diqqətimiz sabahkı oyunadır. Tam hazır olanları meydana buraxıb, mübarizə aparmağa çalışacağıq.

Hacı Mərdan/Seviliya





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right