"Bir ispan kimi belə oyunda iştirak etmək çox xoşdu" - Romero

Avropa Liqasının qrup mərhələsinin V turunda sabah İspaniyanın “Sevilya” klubunun qonağı olacaq “Qarabağ”ın futbolçusu Xayme Romero oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın Seviliyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, əvvəlcə görüş barədə fikirlərini bildirdi...

- Güclü rəqibə qaşrı çıxıç edəcəyimizin fərqindəyik. Bizə xal lazımdı. Müdafiədə diqqətli olmalı və şanslarımızı gözləməliyik.

- Rəqibin növbəti mərhələyə vəsiqəni təmin etməsi sizin üçün matçın asan olacağı anlamına gəlirmi?
- Baş məşqçimizin dediyi fikirlərə qatılıram. İlk oyunda 3-cü qoldan sonra da rəqib hücum edirdi. Heç olmasa 1 xal qazanmağa çalışacağıq.

- Burdan sərfəli nəticə ilə qayıtmaq üçün hansı oyun üslubunda çıxış etməli olduğunuzu düşünürsüz?
- Müdafiədə diqqətli olmalıyıq. Boşşuqlar buraxmamalıyıq. Əldə etdiyimiz imkanlardan yararlıanmalıyıq. Nə olacağını görəcəyik.

- Nə vaxtsa bu stadionda oynamısanmı?
- Təəssüf ki, burda oynamaq nəsib olmayıb. “Qranada”da oynayanda zədə və ya vərəqəyə görə meydana çıxa bilməmişdim. Bir ispan kimi belə oyunda iştirak eləmək çox xoşdu. Oyundan zövq almağa çalışacağıq.

- “Qarabağ”da 3 ispan futbolçu var. Yaxınlarınızdan neçə nəfər stadionda olacaq?
- Təxminən 10-a yaxın ailə üzvüm stadionda olacaq.

Hacı Mərdan/Seviliya





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right