"Qarabağ" Sevilyaya çatdı

Avropa Liqasının qrup mərhələsinin V turunda “Sevilya”nın qonağı olacaq “Qarabağ” artıq İspaniyadadı.

Bakı vaxtı ilə saat 16:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından çarter reysi ilə Sevilyaya yollanan Ağdam klubu 6 saat 45 dəqiqəlik uçuşdan sonra mənzil başına çatıb.

Sabah 21:40-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, ardınca komandanın açıq məşqi olacaq.

Noyabrın 28-də “Ramon Sançes Pisxuan” stadionunda keçiriləcək “Sevilya” - “Qarabağ” matçı saat 00:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right