"Qarabağ"ı "Sevilya" ilə oyunda dəstəkləmək istəyən azarkeşlərin nəzərinə

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ" İspaniyada "Sevilya"nın qonağı olacaq.

Newsport.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi üçün ayrılmış biletlər noyabrın 26-da satışa çıxarılacaq. Oyunu izləmək istəyən azarkeşlər stadionun kassalarından biletləri ala bilər. Azərbaycanlı fanatlar üçün S38 sektoru ayrılıb. Bir biletin qiyməti 35 avrodur.

"Ramon Sançes Pisxuan"da keçiriləcək qarşılaşma noyabrın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə 00:00-da başlayacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah