APOEL - "Qarabağ" oyununu neçə azarkeş izləyəcək?

Avropa Liqasının qrup mərhələsinin -4cü turunda keçiriləcək APOEL - "Qarabağ" oyununda ən azı 10 min azarkeşin olacağı gözlənilir.

Newsport.az saytının məlumatına görə, oyun saatına qədər satılan biletlərin sayının 10 mini keçəcəyi ehtimal edilir. Meydan sahiblərinin azarkeşləri 6500 yunan bayrağı dalğalandıracaq.

GSP stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 21:55-də başlayacaq. Stadionun azarkeş tutumu 22 min 859 nəfərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right