Əmrah Çəlikəl: "Komandanın bütün gücünü ortaya qoyacağına inanıram"

"Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəl Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda APOEL-lə Kİprdə keçirəcəkləri oyundan öncə açıqlama verib.

Newsport.az-ın məlumatına görə, klub rəsmisi komandada əhval-ruhiyyənin yaxşı olduğunu deyib: "Komandada əhval-ruhiyyə yaxşıdır. APOEL tərəfi bizi yaxşı qarşıladı. Kiprdə problemlə üzləşməmişik. Bu gün komandamızın Azərbaycan xalqını növbəti dəfə sevindirmək üçün bütün gücünü ortaya qoyacağına inanıram".

GSP stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 21:55-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right