“APOEL “Qarabağ”a qalib gəlməsə, uğursuzluq sayılacaq”

APOEL-in keçmiş futbolçusu Kostas Fasouliotis “Kerkida”ya açıqlamasında sabiq komandasının Avropa Liqasında “Qarabağ”a qarşı keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb.

Newsport.az saytının məlumatına görə, Nikosiya klubunun akademiyasında skaut kimi çalışan 49 yaşlı mütəxəssis bildirib ki, APOEL növbəti mərhələyə yüksəlməsə, uğursuzluq sayılacaq:

“Məncə, APOEL möhtəşəm heyətə malikdir, Tomas Dollun əlində geniş seçimləri var. APOEL növbəti mərhələyə keçməsə, bu, uğursuzluq sayılacaq. APOEL-in futbolçuları necə qalib gəlmələrini anlamalıdır. “Qarabağ” çox yaxşı komandadır. Komandaları doğru şəkildə öyrənməyimiz lazımdır. APOEL-in futbolçularına inanıram. Məncə, qalib gəlmək şansı çox olan APOEL bunu bacarmasa, uğursuzluq hesab olunmalıdır. Təkrar edirəm ki, futbolçular bunu anlamalıdır. Onsuz da bəzi şeyləri əvvəlki vəziyyətə qaytarmalıdırlar.

Musa Əl-Tamari APOEL üçün vacib oyunçudur. Sabahkı oyun onun üçün vacibdir. Meydanda komandaya kömək etməlidir”.

APOEL – “Qarabağ” oyunu sabah Nikosiyadakı GSP stadionunda keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə 21:55-də səslənəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right