"Əsas hədəfimiz üç xaldır" - APOEL-in futbolçusu

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”ı qəbul edəcək Kiprin APOEL klubunun hücumçusu Linus Hallenius oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, 30 yaşlı isveçli forvard oyuna qələbə qazanmaq üçün çıxacaqlarını bildirib:

“Eyni rəqiblə bir mövsümdə dörd dəfə qarşılaşmaq adi hal deyil. Çətin oyun olacaq, necə savaşacağımızı bilirik. Üç xala ehtiyacımız var. Nə edəcəyimizi bilirik. Meydana çıxarkən hər zaman qol vurmaq istəyirəm. Yeganə düşüncəmiz üç xaldır. Kimin qol vurması önəmli deyil. Ümid edirəm ki, bizi dəstəkləmək üçün xeyli azarkeş gələcək”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right