APOEL - "Qarabağ" oyununda 5 min yunan bayrağı

Avropa Liqasının IV turunda keçiriləcək APOEL - "Qarabağ" oyununda tribunalarda yunan bayraqları yer alacaq.

Kipr mətbuatı yazır ki, adının açıqlanmasını istəməyən sponsor tərəfindən 5 min bayraq təşkil olunacaq. Həmin bayraqlar görüşün oynanılacağı GSP stadionuna aparılacaq.

APOEL - "Qarabağ" görüşü noyabrın 7-i keçiriləcək. Bu komandalar arasında Bakıdakı qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

"Qarabağ"ın Kipr təmsilçisini qəbul etdiyi III tur oyununda  (2:2) Tofiq Bəhramov adına Respublika Stadionunun tribunalarına 30 min Azərbaycan bayrağı düzülmüşdü.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right