Roman Bezyak: "Qalib gəlməyə çalışacağıq

Kiprin APOEL klubunun futbolçusu Roman Bezyak Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”la qarşılaşacaqları oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

 

Newsport.az xəbər verir ki, sloveniyalı oyunçu media nümayəndələrinin suallarını cavanlandırıb:

 

- Avqsutda etdiyinizi təkrar etməyə hazırsızmı?
- Düşünmürəm ki, “Qarabağ”dan hansısa cəhətə görə çəkinirik. Bir dəfə bu rəqibi üstələmişik. Ruhla gücümüzü ortaya qoyub, qalib gəlməyə çalışacağıq.

 

- “Qarabağ”dan qorxduğunuz nədi?
- Düşünmürəm ki, nədənsə çəkinməliyik. Bir dəfə rəqibi məğlub etmişiq. Biz öz oyunumuza köklənmişik. Birlikdə oyunumuzu oynayıb, qələbə qazanmalıyıq.

 

- APOEL öz meydanında “Düdelanj”a məğlub oldu, “Qarabağ” isə bu komandanı səfərdə məğlub etdi…
- Bu nəticələr araxada qaldı. İndi bunun önəmi yoxdur.

 

- Sabah stadionda anşlaq olacaq. “Qarabağ”ın azarkeşlərlə birlikdə qisas almaq istəyi sizi tədirgin etmir?
- Bu, onların öz problemidi. Hansı ki, nəyinsə qisasını almaq istəyirlər və ya yox. Stadionun dolu olması futbolun həyəcanıdır. Bu, bizim oyunumuza təsir etməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right