"Qarabağ" - APOEL oyununa biletlər tükənir

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək "Qarabağ" - APOEL oyununda anşlaq olacaq.

Newsport.az Ağdam klubunun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, biletlər tükənmək üzrədir. Artıq satışa çıxan 30 min biletdən 27 mini satılıb.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adıan Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL  görüş saat 20:55-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right