Tomas Doll: “Qarabağ”la oyunu düşünmürəm”

APOEL-in baş məşqçisi Kipr I Liqasının 6-cı turunda “Doxa”ya 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, almaniyalı mütəxəssis komandasının oyunundan razı qalmadığını deyib:

“Yaxşı oyun deyildi. Buna baxmayaraq, üç xal qazandıq. İkili mübarizələrdə uduzurduq. Rəqib yaxşı şeylər edəcəyini düşünürdü. İkinci qol bizə hədiyyə oldu və bu, matçın taleyini həll elədi”.

53 yaşlı çalışdırıcı Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyunu düşünmədiyini deyib:

“Məsələ budur ki, oyunumuzu daha da yaxşılaşdırmaq məcburiyyətindəyik. “Qarabağ”la oyunu hələ düşünmürəm. Oyunumuzu yaxşılaşdırmaq üçün çalışıram. Məşqlərdə izlədiyimi oyunlarda görmürəm. Bəlkə də, daha çox konsentrasiyaya ehtiyacımız var. Daha yaxşı oynamalıyıq. Hər kəs baş məşqçinin məsuliyyət daşıdğını söyləyir. Fubolçu olarkən mən də belə deyirdim. Oyunumuzu yaxşılaşdırmalıyıq. İstədiyim kimi deyil”.

“Qarabağ” - APOEL oyunu oktyabrın 24-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah