"Qarabağ" üçün bu oyun çoxşaxəli xarakter daşıyır"

APOEL-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nektarios Petevinos Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda “Qarabağ”la qarşılaşacaqları oyundan öncə açıqlama verib.

Newsport.az-ın məlumatına görəo, yerli azarkeşlərin Bakıya yollanmaqda maraqlı olmadıqlarını deyib:

"Qarabağ"la oyuna Kiprdən Bakıya yollanmaq üçün böyük maraq yoxdu. Bizimlə çox azarkeş olmayacaq. Hər şey tənzimlənib. Əlavə təhlükəsizlik olacaq. Buna görə də hər şeyin yaxşı keçəcəyini düşünürük. "Qarabağ" üçün bu oyun çoxşaxəli xarakter daşıyır. Bunun siyasi ölçüsü var. Bu cür hallarda iştirak etmək istəmirik. "Qarabağ" rəhbərliyi ilə çox yaxşı münasibətlərimiz var. Ora işimizə görə gedirik və əlimizdən gələni edəcəyik".

Nektarios "Qarabağ" - APOEL matçının yüksək riskli oyun hesab olunması məsələsinə də münasibət bildirib: "Səfər oyunları barədə ətraflı məlumatım yoxdu. Bildiyimiz yeganə şey odu ki, stadionda təhlükəsizlik əməkdaşları olacaq. Bizə azarkeşlərimizlə bağlı heç bir problemin olmayacağını bildiriblər"

"Qarabağ" - APOEL oyunu oktyabrın 24-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Cütün cavab görüşü noyabrın 7-də Nikosiyadakı GSP stadionunda reallaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right