APOEL-in aparıcı futbolçusu "Qarabağ"la oyun öncəsi sağaldı

Avropa Liqasının qrup mərhələsində növbəti iki turda "Qarabağ"la qarşılaşacaq APOEL-in zədəli futbolçusu Praxitelis Vouros zədəsini sağaldıb.

 

Newsport.az "Kerkida"ya istinadən xəbər verir ki, sol qolunda qırıq aşkarlandığı üçün uzun müddət oynamayan 24 yaşlı müdafiəçi iki aylıq fasilədən sonra geri dönməyə hazırdır.

 

Komandanın aparıcı simalarından olan yunanıstanlı futbolçu Kipr çempionatında "Doxa" və Avropa Liqasında "Qarabağ"la görüşlərdə oynamağa hazırdır.

 

"Qarabağ" - APOEL oyunu oktyabrın 24-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Cütün cavab görüşü noyabrın 7-də Nikosiyadakı GSP stadionunda reallaşacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah