"Düdelanj"ı sərt cəza gözləyir gərgin anların FOTOLARI

Avropa Liqasının qrup mərhələsində Lüksemburqda oynanılan "Düdelanj" - "Qarabağ" (1:4) oyunu ilk hissədə erməni təxribatı ilə əlaqədar dayandırılmışdı. Bu zaman həm meydanda, həm də meydandan kənarda gərgin anlar yaşanıb.

 

Buna dron vasitəsilə stadionun üzərində qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağının qaldırılması səbəb olub.

 

"Qarabağ"ın azarkeşləri də buna kəskin etiraz edib. Bir neçə azarkeş meydana çıxmaq istəsə də təhlükəsizlik işçiləri buna mane olub. 

Bu zaman Ağdam klubunun futbolçuları məsələyə müdaxilə edərək azarkeşləri mühafizəçilərin əlindən alıb.

Newsport.az-ın məlumatına görə, UEFA "Düdelanj"a təhlükəsizliyi təmin etmədiyi üçün pul cəzası tətbiq edəcək. Lüksemburq klubunun qrup mərhələsində APOEL və "Sevilya" ilə ev matçlarını azarkeşsiz keçirmək ehtimalı var.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right