"Düdelanj"da son dəqiqə itkisi: aparıcı sima "Qarabağ"a qarşı oynamayacaq

Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ" Lüksemburqada "Düdelanj"ın qonağı olacaq.

Newsport.az-ın əldə etdiyi məlumata görə, oyunun başlamasına az vaxt qalmış meydan sahibləri ciddi itkiylə üzləşib. Komandanın aparıcı siması Dominik Ştols matçın start heyətində yer alsa da, meydana çıxmayacaq. Xəstələnən futbolçu matça tam hazır olmadığı üçün start heyətdə Rayan Klapp yer alıb.

29 yaşlı almaniyalı "10 nömrə" qrup mərhələsinin ilk turunda APOEL-lə səfər görüşündə bir qol vurmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right