"Qarabağ" "Düdelanj"a böyük hesabla qalib gəldi Yenilənib

Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçiriləcək.

Newsport.az-ın məlumatına görə, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti matçına çıxacaq. Ağdam təmsilçisi Lüksemburqda “Düdelanj”ın qonağı olacaq.

“Qarabağ”ı ilk görüşdə səfərdə Kipr APOEL-ni 4:3 udan bu rəqiblə asan oyun gözləmir. Ancaq birinci turda Bakıda "Sevilya"ya uduzan (0:3) Qurban Qurbanovun komandası qrupda ilk xalını və ya xallarını qazanmağa çalışacaq.

Qrupun digər oyununda "Sevilya" APOEL-i qəbul edəcək.



3 oktyabr

A qrupu
 

23:00. "Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan) - 1:4 
Qollar:
 Abdullah Zubir, 11 (0:1), Miçel, 31 (0:2), Almeyda, 38-pen (0:3), Dani Kintana, 69 (0:4), Bernier, 90 (1:4)
Qırmızı vərəqə: Qaros, 62-ikinci sarı vərəqə ("Düdelanj")
Hakimlər: Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Donald Robertson (hamısı Şotlandiya).
Lüksemburq. “Jozi Bartel” stadionu.
 
23:00. "Sevilya" (İspaniya) - APOEL (Kipr) - 1:0 
Qol:
 Çiçarito, 18





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right