"Qarabağ" - "Sevilya": ehtimal start heyətlər

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ilk turunda İspaniyanın "Sevilya" klubunu qəbul edəcək.

 

Newsport.az xəbər verir ki, Ağdam klubunun heyətində bu görüşü zədə səbəbindən Mahir Emreli, Filip Ozobiç və Rahil Məmmədov oynamayacaq.

 

Qapıda Asmir Beqoviçin dayanacaq. Bosniya və Herseqovina millisinin üzvü "Qarabağ"la Avropa Liqasında ilk görüşünə çıxacaq.

 

Bədavi Hüseynov isə zədəsini sağaltsa da, tam ideal formada olmadığı üçün ilk dəqiqələrdən oynamaq ehtimalı aşağıdır. Rahilin də zədəli olmasına görə, müdafiənin mərkəzində Maksim Medvedevlə Rəşad Sadıqov birgə çıxış edəcək. Müdafiənin cinahlarında isə Raysal Rerrasla Ailton Silva oynaya bilər.

 

Dayaq yarımmüdafiəçi kimi Riçard Almeyda və Miçelin oynamaq ehtimalı böyükdür. Onların önündə Dani Kintana, cinahlarda isə Xayme Romero və Abdullah Zubir ola bilər.

 

Mahirin oyunu buraxması hücumçu Maqaye Qeyenin start heyətdə yer almaq şansını artırıb.

 

"Qarabağ": Asmir Beqoviç - Maksim Medvedev, Rəşad Sadıqov, Raysal Rerras, Ailton Silva - Riçard Almeyda, Miçel - Dani Kintana, Xayme Romero, Abdullah Zubir - Maqaye Qeye.

 

 

"Sevilya"nın ehtimall start heyəti aşağıdakı kimidir:

 

Tomaş Vatslik - Xesus Navas, Jyule Kunde, Dieqo Karlos, Serxio Eskudero - Ever Baneqa, Franko Vaskes, Nemanya Qudel - Oliver Torres, Munir Əl-Həddadi, Xavyer Çiçarito Ernandes.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah