"Qarabağ"ın əskik və güclü tərəflərini bilirik" - APOEL-in müdafiəçisi

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Kiprin APOEL klubunun müdafiəçisi Praxitelis Vouros goal.com.cy saytına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 24 yaşlı futbolçu Avropa Liqasının qrup mərhələsində yaxşı şanslarının olduğunu bildirib:

"Qarabağ"la bu mövsüm daha əvvəl qarşılaşdıq. Onların əskiklərini və güclü tərəflərini bilirik. Qrup mərhələsini adlamaq üçün möhtəşəm fürsətimizin olduğunu düşünürəm".

Zədədən əziyyət çəkən yunanıstanlı futbolçu geri dönməyə hazırlaşdığını deyib: 

"Həkimlərin dediyi kimi, artıq komandaya qoşulacam. Hər gün çalışıb, yerimi itirməmək istəyirəm".

APOEL (Kipr), "Qarabağ" (Azərbaycan), "Sevilya" (İspaniya) və "Düdelanj" (Lüksemubrq) klubları Avropa Liqasının A qrupunda qərarlaşıb.

APOEL ilk turda "Düdelanj"la, "Qarabağ" "Sevilya" ilə görüşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right