"Qarabağ" - "Sevilya": faktlar

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ilk turunda İspaniyanın "Sevilya" klubu ilə qarşılaşacaq.

Newsport.az saytının məlumatına görəUEFA-nın saytı sentyabrın 19-u Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanın afişasını hazırlayıb:

- “Sevilya” 6-cı dəfə UEFA Avropa Liqasını qazanmaq üçün uzun yola Bakıdan başlayacaq. İspaniya klubu 5-ci dəfə turnirin qrup mərhələsində iştirak edəcək Ağdamın “Qarabağ” komandasının qonağı olacaq.

- “Sevilya” daha əvvəl Azərbaycan klubu ilə üz-üzə gəlməyib. “Qarabağ” isə 2017/2018 mövsümündə Madrid “Atletiko”su ilə Çempionlar Liqasının qrup mərhələsində qarşılaşıb. Azərbaycan çempionunun madridlilərlə xoş xatirəsi var. Onlar ilk dəfə çıxış etdiyi turnirdə “Atletiko”ya uduzmadı – 0:0; 1:1.

- “Qarabağ” son Azərbaycan çempionudu. Onlar 2018/19 mövsümündə “Neftçi”ni 8 xal qabaqlayaraq 7-ci dəfə çempion oldular. Bununla yanaşı, ardıcıl beşinci dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəliblər. Komanda ötən mövsüm “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) ilə eyni qrupda mübarizə apardı və 3 xal topladı.

- “Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlasa da, III mərhələdə APOEL (Kipr) səddini keçə bilmədi. Avropa Liqasının pley-off mərhələsində “Linfild”i mübarizədən kənarlaşdıran Ağdam klubu qruplara yüksəldi.

- “Qarabağ” heç vaxt qrup mərhələsini adlaya bilməyib.

- “Qarabağ” qrup mərhələlərində “Atletiko” ilə 0:0 hesablı heç-heçə etdikləri oyun istisna olmaqla 6 ev oyununda qalib gələ bilməyib. Ötən mövsüm komandaAvropada ən ağır məğlubiyyətini “Sportinq”ə 1:6 hesabı ilə uduzmaqla aldı.

- “Sevilya” ötən mövsüm Avropa Liqasında II təsnifat mərhələsində mübarizəyə “Uypeşt”lə (Macarıstan) başladı və 1/8 finala qədər irəlilədi. Komanda bu mərhələdə “Slaviya”ya (Çexiya) uduzdu.

- Əndəlüsiya klubu ötən mövsüm İspaniya La Liqasında 6-cı yeri tutdu və 5-ci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Komanda iki dəfə qrupu lider tamamlayıb.

- “Sevilya” ötən mövsüm Avropa Liqasında səfərdə keçirdiyi oyunların 5-də qalib gəlib, 4-də heç-heçə edib, 2-də uduzub. Komandanın məğlubiyyətlərini “Krasnodar” (Rusiya) və “Standart”dan (Belçika) alıb.

- “Qarabağ” 6-cı, “Sevilya” isə ardıcıl 7-ci dəfə Avropa Kuboklarının qrup mərhələsində iştirak edir.

- “Qarabağ”ın heyətində 3 ispaniyalı futbolçu var: Xayme Romero, Miçel və Dani Kintana.

- “Sevilya”nın portuqaliyalı müdafiəçisi Daniel Karissu Avropa Liqasının qrup mərhələsində 59 oyun keçirib və bu göstəricidə hamını üstələyir.

- “Sevilya” daha iki qol vursa, Avropa Liqasında 100-cü qolunu vuracaq. Daha öncə bu baryeri “Vilyarreal”, “Latsio”, “Zalsburq” və “Atletik” klubları aşıb.

- Qurban Qurbanov Azərbaycan millisində 64 oyuna 14 qol vurmaqla bombardi ünvanına sahibdir. Futbolçu karyerasında klublarını tez-tez dəyişsə də, 2009-cu ilin avqustundan “Qarabağ”ı çalışdırır. Komanda onun rəhbərliyi altında ardıcıl 6 dəfə Azərbaycan çempionu olub və 4 dəfə ölkə kubokunu qazanıb. Ağdamlılar ardıcıl 6-cı dəfə Avropa Kuboklarının qrup mərhələsində iştirak edəcək. Bunlardan biri Çempionlar Liqası qrupu olub. O, 2018-ci ildə Azərbaycan milli komandasını da çalışdırmışdı.

- Xulen Lopeteqi 2019-cu ilin yayında “Sevilya” ilə 3 illik müqavilə imzaladı. Keçmiş qapıçı “Portu”, “Real” (Madrid) və İspaniya yığmasını çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right