"Qarabağ"ı məğlub etmək çox çətindir" - "Düdelanj"ın futbolçusu

"Əlbəttə, püşkdə digər cəlbedici komandalar da var idi. Şəxsən mən İngiltərə və Almaniya təmsilçiləri ilə düşməyimizi istərdim. Amma bu qrupda olduğumuz üçün sevinirik".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Düdelanj"ın yarımmüdafiəçisi Dominik Ştolts Kipr mətbuatına açıqlamasında deyib. Avropa Liqasının qrup mərhələsində "Sevilya", "Qarabağ" və APOEL-lə mübarizə aparacaqlarını xatırladan 29 yaşlı futbolçu bu komandaları məğlub etməyin çətin olduğunu bildirib:

"Rəqiblərimizin oyunlarını izləyirəm. APOEL çox maraqlı komandadır. Bizimlə hər iki oyunda favorit olduqlarını düşünürəm. "Qarabağ" və APOEL-i məğlub etmək çox çətindir. Ancaq qrup oyunlarına yaxşı başlasaq, sonuncu olmamaq üçün yarışa bilərik. Biz oyunlardan həzz almaq istəyirik. Əsas məqsədimiz budur".

"Düdelanj" qrupda ilk oyununu sentyabrın 19-da səfərdə APOEL-ə qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right