"Qrup ikinciliyi uğrunda "Qarabağ"la APOEL mübarizə aparacaq" - Conatan Juber

"Düdelanj"ın qapıçısı Conatan Juber Sportinfo.az-a müsahibə verib.
 
Newsport.az-ın məlumatına görə, 39 yaşlı qolkiper Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyunlar haqda danışıb. Lüksemburq klubunun ən təcrübəli oyunçusu olan Juber üç il öncə ÇL-in ikinci təsnifat mərhələsi çərçivəsində Ağdam klubuna qarşı oyunu da xatırlayıb:
 
- Avropa Liqasının qrup mərhələsindəki püşkatmadan razısız?
- Yəni, demək istəyirsiz ki, bəxtimiz gətirib püşkatmada, yoxsa, yox?(gülür) Nəzərinizə çatdırım ki, yaxşı qrupa düşmüşük. Hər üç klub səviyyəlidir.
 
- "Düdelanj"la yanaşı qrupda "Sevilya", APOEL və "Qarabağ" yer alıb. Sizcə, favorit hansı komandadır?
-  Rəqiblərimizin səviyyəsinə söz ola bilməz. Məncə, elə “Sevilya”, APOEL və “Qarabağ”ı da favorit adlandırmaq olar. Hər biri qrupda ilk 2 pillə üçün oynamağa qadirdir. Ona görə də çox ağır qrup olduğunu deyə bilərəm.
 
- Üç il bundan əvvəl Çempionlat Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”la qarşılaşmışdınız. Həmin oyunları xatırlayırsız? 
- Bəli, həmin oyunlar yaxşı yadımdadır. Həm Bakıda, həm də səfərdəki oyun xatirimdədir.
 
- Bəs, “Qarabağ”la oyunlar haqda nə düşünürsüz? “Düdelanj”ın şansı var?
- Düzü, “Qarabağ”ın hazırkı durumu barədə xəbərsizəm. Amma xatırladığım qədər “Qarabağ” topla oynamağı sevən komandadır. Üstəlik onlar hücumda cəld, sürətli oyunçularla oynamağa üstünlük verirlər. 
 
- “Qarabağ” - “Düdelanj” oyunlarında favorit hansı komanda olacaq?
- Təbii ki, biz yox, “Qarabağ” favorit olacaq.
 
- Belə başa düşdüm ki, “Düdelanj”ın qrupdan çıxmaq şanslarının olmadığını düşünürsüz.  Bəs qrupdan hansı komandalar çıxa bilər?
- Məncə, “Qarabağ” və APOEL qrupda ikincilik uğrunda mübarizə aparacaq. Amma biz də maksimum gücümüzü qoyacağıq ki, yaxşı nəticələr qazanaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right