"Gedə bildiyimiz qədər irəliləmək istəyirik" - Əmrah Çəlikəl

"Qarabağ"ın direktoru Əmrah Çəlikəl Avropa Liqasının qrup mərhələsinin püşkatmasının nəticəsini dəyərləndirib.

Newsport.az-ın məlumatına görə, klub rəsmisi çətin qrupa düşdüklərini söyləyib:

"İlk baxışdan hamı üçün asan qrup kimi görünə bilər. Ancaq mənə görə elə deyil. İnanıram ki, məşqçilər heyəti lazımı araşdırmanı edib, komandanı həmin oyunlara hazırlayacaqlar".

Çəlikəl bu mövsümdə də əsas hədəflərinin qrupdan çıxmaq olduğunu bildirib: "Bizim hədəflərimiz eynidir. Gedə bildiyimiz qədər irəliləmək istəyirik. Bu, hamıya aid olan məsələdir. Qrupdan çıxmağı hər kəs arzulayır. Bu il daha da irəli getmək niyyətimiz var".

"Qarabağ" A qrupunda "Sevilya", APOEL və "Düdelanj"la mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right