Avropa Liqasında mübarizəni davam etdirən "Qarabağ" qrup mərhələsinin oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirməyi planlaşdırır.
Newsport.az-ın məlumatına görə, bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
"Oyunları Respublika stadionunda keçirməyi planlaşdırırıq. Hələ rəsmiləşməsə də, “Tofiq Bəhramov”da oynamağı düşünürük", - deyə Qurbanov bildirib.