“Bir milyonum olsaydı, “Qarabağ”ın oyunçularından almaq istəyərdim”

Avropa Liqasının pley-of mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Linfild”in baş məşqçisi Devid Hili oyun öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, 41 yaşlı mütəxəssis öncə oyunu şərh edib:

- Çətin oyun olacaq. Fikrimcə, ilk görüşdə hesab 3:1 olsaydı belə, rəqib favorit olacaqdı. Sabah ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Nələrin baş verəcəyini birlikdə görəcəyik.

- Bakı barədə təəssüratlarınız necədi?
- Bakı çox gözəl şəhərdi. Bu gün qaldığımız otelin yanında gəzmək imkanımız oldu. Bakı haqda ancaq müsbət təəssüratlar var.

- Bura gələn komandalar bir qayda olaraq müdafiə futbolu sərgiləyir. Siz də bu ənənəni davam etdirəcəksiniz?
- Rəqib çox güclü komandadı. Evdə müsbət statistikaları var, az uduzublar. Güclü rəqibə qarşı müdafiə olunmalı olacağıq. İnanıram ki, nəticədən və oyundan razı qalacam.

- 1 milyon funt-sterlinqiniz olsaydı, “Linfild”in mərhələ adlamasına neçə faizini yatırardınız?
- UEFA qaydalarına əsasən, biz mərcə pul yatıra bilmərik. Sözsüz ki, “Qarabağ” favoritdir. Bu qədər pulum olsaydı, “Qarabağ”ın oyunçularından almaq istəyərdim. Məsələn, Riçard Almeyda, Xayme Romero və Rahil Məmmədovu istəyərdim.

- Mərhələ keçə bilməsəniz, təyyarədə gözünüzə yuxu gedəcək?
- Adətən səfərdən evə qayıdanda baş məşqçilər çox şeyi düşünürlər. Səyahətimiz uzun olacaq. Mərhələ keçə bilsək, bu səyahət daha yaxşı yadda qalacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right