Avropa Liqasının qrup mərhələsində püşkatma mərasiminin vaxtı açıqlanıb.
Newsport.az-ın məlumatına görə, Monakoda keçiriləcək püşakatma mərasimi avqustun 30-u, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Ümumilikdə 12 qrup üzrə 48 komanda yarışacaq. Qruplarda ilk 2 yeri tutan komandalar AL-də mübarizəni pley-off mərhələsində davam etdirəcək.
Avroliqada mübarizə aparan yeganə təmsilçimiz “Qarabağ” bu həftə keçiriləcək pley-off mərhələsində “Linfild”lə cavab oyunundan qalib ayrılacağı təqdirdə qrup mərhələsinə vəsiqə qazanacaq.
Qeyd edək ki, “Qarabağ” - “Linfild” görüşü avqustun 29-u Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.