"İlk qolu "Neftçi" vursaydı, həyat bizim üçün çətinləşərdi" "Bney Yehuda"nın futbolçusu

"Bney Yehuda"nın futbolçusu Dor Jan "Neftçi"yə qalib gəldikləri (2:1) Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, o, matçda ilk qolu vurduqlarına görə üstünlük qazandıqlarını söyləyib:

"Oyun fərqli ssenaridə başlasaydı və ilk qolu "Neftçi" vursaydı, həyat bizim üçün çətinləşərdi. İlk qol çox önəmli idi və bu, bizə böyük üstünlük qazandırdı. "Neftçi" böyük və peşəkar klubdu. Onların rəqibimiz olduğunu bildiyimiz gündən etibarən oyun planları, hər futbolçuları, güclü və zəif cəhətləri barədə araşdırmalar apardıq. Çalışmalarımız bəhrəsini verdi və layiqli qələbə qazandıq".

25 yaşlı forvard qələbəni qeyd etməyin vaxtı olmadığını deyib. O, pley-off mərhələsindəki rəqib "Malmö"nü daha güclü komanda hesab edir: "Ötən mövsüm mənim üçün əla keçdi. İlk ilim olduğundan, komanda yoldaşlarımın çox dəstəyini gördüm. Bu mövsüm isə həm fərdi, həm də komanda şəklində irəliləyişə nail olmaq istəyirəm. Avropa Liqasındakı ilk iki oyunumuz da uğurlu alındı. Ancaq "Neftçi" üzərində qazanılan zəfəri bayram etməyə vaxtımız yoxdu. Başa düşməliyik ki, hələ elə də böyük iş görməmişik. İndi "Malmö" ilə ilk oyuna yüksək səviyyədə hazırlaşmalıyıq. Çünki budəfəki rəqib "Neftçi"dən də güclüdü. Hesab edirəm ki, xəyallarımızın dalınca getməliyik. İsveçdən evə sərfəli nəticə ilə dönəcəyimizə inanıram"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right