"Qarabağ"ın "Linfild"lə oyunlarının vaxtı açıqlandı

Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın "Linfild" klubu ilə qarşılaşacaq "Qarabağ"ın oyunlarının vaxtı müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, ilk matç Belfastda yerləşən "Vindsor Park"da keçiriləcək. Avqustun 22-də baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə 22:45-də səslənəcək.

Cütün cavab oyunu avqustun 29-u, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right