Yossi Abukasis: "Layiqli oyun və düzgün taktika sayəsində mərhələ keçdik"

"Bu yay kuboku qazandıqdan sonra ən güclü oyunumuz oldu. Çünki hələ qol buraxmayan komandanı yendik. Amma yenə güclənməliyik. Bu qələbəni azarkeşlərə həsr edirəm".

Newsport.az-ın məlumatına görəbunu "Bney Yehuda"nın baş məşqçisi Yozef Abukasis İsraildə "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, pley-offda qarşılaşacaqları İsveç "Malmö"sünə böyük hörmətlə yanaşırlar: "Çünki bu rəqib çox yaxşı oyun sərgiləyir. Amma "Neftçi" ilə layiqli oyun və düzgün taktika sayəsində bu mərhələyə çatmışıq. Yenə təvazökarlığımızı qoruyuruq. Qrup mərhələsinə vəsiqə qazanmaq bizim kimi komanda üçün böyük uğur sayıla bilər".

Abukasis hazırkı heyətdən və oyundan razı qaldığını söyləyib: "3-4 futbolçu da cəlb edə bilsək, daha yaxşı oyun sərgiləyə bilərik. Bu heyətdəki futbolçular 2-3 əvvəl aşağı liqalarda çıxış edirdilər. İlk növbədə rəhbərliyə təşəkkür edirəm ki, onlara inandılar və biz də onları bu səviyyəyə gətirib çatdıra bildik".

"Bney Yehuda" ilk matçda 2:2 hesablı heç-heçə etdiyi üçün iki oyunun nəticəsində "pley-off"a yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right