"Neftçi" Avropa Liqası ilə vidalaşdı Yenilənib

“Neftçi” bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşünə çıxıb.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi İsarildə “Bney Yehuda”nın qonağı olub. Petah Tikvadakı “Ha Moşava” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İki oyunun nəticəsinə əsasən, "Neftçi" mübarizəni dayandırıb.

16 avqust

Avropa Liqası 3-cü təsnifat mərhələsi, cavab oyunu

21:00. "Bney Yehuda" (İsrail) - "Neftçi" - 2:1
Qollar: 
Don Jan, 14 (1:0), Tamqi Saqas, 66 (2:0), Emin Mahmudov, 90+3-pen (2:1)
Hakimlər: Daniele Doveri, Alessandro Kostantso, Alessio Tolfo, Fabritsio Paskua 
İlk oyun - 2:2





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right