Bordin: "Qarşıda duran vəzifənin öhdfəsindən gələ biləcəyik"

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Bney Yehuda" (İsrail) - "Neftçi" matçından öncə keçirilən mətbuat konfransında Azərbaycan təmsilçisinin baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə sabahkı görüş barədə fikirlərini bildirdi...

- Sabah bizi güclü rəqibə qarşı çətin oyun gözləyir. Çünki "Bney Yehuda" yaxşı hazırlıqlı komandadı. İlk matçda rəqibin yaxşı bağlandığını şahidi olduq. Meydanda mövqelərini yaxşı seçirdilər. Rəqib yaxşı fərdi keyfiyyətlərə malik futbolçularıyla yaxşı əks-hücumlar qurmağa çalışır. Əlbəttə, onların cüzi üstünlüyü var. Düşünürəm ki, fərqli taktika bizə qarşı çıxacaqlar. Hesab edirəm ki, bizi sabah maraqlı görüş gözləyir.

- İlk oyunda rəqib sizi nə dərəcədə təəccübləndirdi?
- "Bney Yehuda" bütün heyətlə müdafiəyə çəkilir, əks-hücumlarla qol vurmağa çalışır. Bizimlə görüşdə də belə oldu. Məncə, sabah da bizə qarşı eyni üslubda oynayacaq.

- Komandanızın ilk matçdan sonra psixoloji durumu necədi? O mənada ki, "Neftçi" evdə qalib gələ bilməsə də, 0:2 hesabda geridə olduğu qarşılaşmanı 2:2-yə çevirdi...
- Matçın əvvəlində iki qol buraxsaq da, yaxşı reaksiya verdik. Komandamız özünə inandı, xarakter göstərdi. İnanıram ki, bu dəfə qarşıda duran vəzifənin öhdəsindən gələ biləcəyik..

- Rəqibin əks-hücumlarının təhlükəli olduğu göründü. Onda yarımmüdafiənin mərkəzində yaradıcı futbolçular idi. Bu dəfə dağıdıcı yarımmüdafiəçilər meydançaya buraxmağı düşünürsünüz?
- Deməzdim ki, ortada elə də çox problemimiz oldu. Çalışırdıq ki, çoxlu futbolçuyla hücum edək. Rəqib də boşluqlarımızdan istifadə edərək bizə qollar vurdu. Meydançada kimliyindən asılı olmayaraq topa yaxın futbolçu təzyiq etməyə çalışmalıdı. Əsas taktika deyil, istəkdi, oyuna yanaşmadı. Sadəcə, bir oyun qalıb və sonadək vuruşmaq lazımdı.

- İlk oyunla müqayisədə əsas heyətdə dəyişikliyi zəruri sayırsınız? Və ən əsası, bombardiriniz Baqali Dabo ilk dəqiqələrdən meydana çıxmağa hazırdımı?
- Dabo 3 aylıq fasilədən sonra komandayla həftəboyu məşq edib, yaxşı da çalışıb. Əlbəttə, hazırkı vəziyyətlərdə demək çətindi kim sabah ilk dəqiqələrdən oynayacaq.

- Rəqib Bakıda 9-10 nəfərlə müdafiə olunmuşdu, indisə 2:2-dən sonra bütün komandayla müdafiə olunacaq. Bu güclü müdafiəni yarmaq üçün sürprizlər hazırlamısınız?
- Hələ bir məşqimiz də var. Düzdü, qeyd etdiniz ki, rəqib daha qapalı oynacaq. Çalışacaqlar ki, hesabdakı üstünlüklərini qoruyub saxlasınlar. Ona görə bizə çətin olacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right