"Neftçi"ni dayandırmaq üçün əlimizdən gələni edəcəyik" - Dan Mori

"Bney Yehuda"nın kapitanı Dan More Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"ylə sabahkı cavab qarşılaşması öncəsi fikirlərini açıqlayıb.

Newsport.az-ın məlumatına görəo, mətbuat konfransında təmsilçimizin hücum xəttinə qiymət verib: "Onsuz də rəqibin gücünə, hücum xəttinə bələd idik. İndi də "Neftçi" haqda xoş sözlər deyə bilərəm. Bu, təkcə hücum xəttinə yox, bütün komandanın oyununa aiddi. Rəqibi dayandırmaq üçün sabah əlimizdən gələni edəcəyik. Futbolda psixoloji hazırlıq önəmlidi. Ancaq fikirləçsək, ilk oyundan sonda hesabda üstünlüyümüz var, bu, lehimizə olmayacaq. Sabahkı oyun haqda tam fikirləşirik. Bilirik ki, yaxşı komandayla yenidən qarşılaşacağıq".

İsraillilər Bakıdan 2:2 hesablı bərabərliklə qayıdıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right