Namiq Ələsgərov: "Çalışacağıq ki, təlaş olmasın"

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda sabah İsrailin “Bney Yehuda” klubunu qəbul edəcək “Neftçi”nin futbolçusu Namiq Ələsgərov bu gün keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Newsport.az xəbər verir ki, 24 yaşlı vinger əvvəlcə görüş barədə fikirlərini bölüşüb:

 

- Vacib oyuna çıxacağıq. Rəqibin necə ciddi olduğunu bilirik. Oyunlarını analiz etmişik. Bizi çətin görüş gözləyir. Ciddi hazırlaşmışıq. Əlimizdən gələni edəcəyik ki, səfərə yaxşı nəticə ilə yollanaq.

 

- İlk oyunun evdə olması təzyiq, təlaş yaratmır?
- İnanmıram belə bir şey olsun. Bundan əvvəl səfərdə oynamışdıq ilk oyunları. Çalışırdıq ki, yaxşı nəticə ilə qayıdacaq. Sabah da çalışacağıq ki, təlaş olmasın, sakit şəkildə oyunumuzu keçirək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah