"Neftçi"nin oyununun biletləri satışda

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Bney Yehuda” oyununun biletləri bu gün satışa çıxarılıb. 

Newsport.az-ın məlumatına görə, qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) AZN təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə etmək olar.

Saat 16:00-dan sonra isə biletlər “Rahat market”in “Baku MALL” (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), “Mega City” ticarət mərkəzi (Xırdalan şəhəri), “Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi (“Azadlıq” metrostansiyasının yanı), “Metropark” mağazalarında və “Mega Store”da (Bakıxanov qəsəbəsi) satışda olacaq. Kassalar hər gün saat 10:00-dan 21:00-dək işləyəcək. Oyun günü biletlər yalnız “Bakcell Arena”nın kassalarında satılacaq.

Xatırladaq ki, avqustun 8-i “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Bney Yehuda” oyunu saat 21:00-da başlanacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah